CƏMİYYƏT 2020.11.11 13:01

Hulusi Akar, Zakir Həsənov və digər yüksək vəzifəli hərbçilər Müdafiə Nazirliyində görüş keçiriblər

17

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata gröə, noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

XXX

Türkiyə Müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyinə gələrək, görüş keçiriblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “twitter” səhifəsində məlumat verib.

Görüş zamanı Hulusi Akar Zakir Həsənovu qələbə münasibətilə təbrik edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı