İyul ayının 27-sı tarixində Suraxanı rayon Gənclər evində Azərbaycan Respublikasının Prezdenti yanında Gənclər Fondunun dəstəyi ilə “Humans of Baku” adlı sərgi keçirilmişdir. Sərgidə 70-ə yaxın gənc və yaşlı nəslin nümayəndələri iştirak etmişdir. Tədbirdə “Suraxanı Gənclər və İdman İdarəsinin” rəisi Amil Bağırov iştirak etmiş və sərginin keçirilməsi üçün lazımi şəraiti yaratmaqda kömək edib.Həmçinin sərgidə bir neçə İctimai Birliklərin və Özəl müəssisələrin nümayəndələri iştirak edib.Sərgidə “Bakı Əhali”-si içərisində marağlı həyat tərzi olan insanlar seçilib,nümayiş olunmuşdur. Tədbir çərçivəsində çap olunmuş kitabçalar daxilində persanajların həyat tərzləri haqqında məlumatlar əks olunmuşdur.
