CƏMİYYƏT 2020.11.10 17:15

İƏT Azərbaycanın haqlı mövqeyini dəstəkləyir – Təşkilat rəsmisi

37

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) olaraq biz daim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşuq. Biz istəyirik ki, bu münaqişə alovlanmasın.

Trend-in məlumatına görə, bunu İƏT baş katibi Yusif ibn Əhməd Əl-Useyminin xüsusi nümayəndəsi Məğrub Səlim Bat Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, İƏT bundan sonra da Azərbaycanın ərazi bütövlüyü naminə öz mövqeyindən çıxış edəcək: “Biz istərdik ki, əldə olunmuş bütün razılıqlara əməl olunsun. İƏT Azərbaycanın haqlı mövqeyinə öz dəstəyini bildirir”.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı