DÜNYA 2020.10.15 12:15

İƏT Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırıb

25

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi oktyabrın 10-da əldə olunmuş atəşkəs rejiminin erməni qoşunları tərəfindən pozulmasından narahatlığını bildirib. Trend bu barədə İƏT-ə istinadən məlıumat verir.

Bəyanatda qeyd olunub ki, İƏT Azərbaycanla həmrəyliyini ifadə edir:

“Biz İslam Əməkdaşlıq Təşkilatının qərarlarını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladırıq və iki ölkə arasında münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət çərçivəsində siyasi yolla tənzimlənməsinə çağırırıq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı