İDMAN 2020.05.23 11:10

İbrahim Şehiç “Beşiktaş”a keçdi

23

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç “Beşiktaş”la razılığa gəlib.

KONKRET.az “Sabah”a istinadən xəbər verir ki, bosniyalı qolkiper gələn mövsümdən “Beşiktaş”da çıxış edəcək.

Birinci liqa təmsilçisi “Erzurumspor”da çıxış edən 31 yaşlı oyunçu bir müddətdir “Beşiktaş” klubu ilə danışıq aparırdı.

“Qara qartallar”ın artıq bosniyalı ilə anlaşdığı və rəsmi müqavilənin mövsüm sonunda imzalanacağı bildirilir.

Xatırladaq ki, Şehiç 2013-18-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı