MEDİA VƏ QHT 2020.07.01 15:58

İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə layihəsi

112

“Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqəsində “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır mövzusunda ictimai maarifləndirmə” layihəsi ilə qalib olmuşdur.

İctimai Birliyin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayevanın verdiyi məlumata görə, təşkilat iyulun 1-dən layihənin icrasına başlamışdır. 4 aylıq layihə çərçivəsində 2 vebinarın (ZOOM vasitəsilə) keçirilməsi və “İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulur.

Vebinarda Azərbayanın bu sahə üzrə tanınmış ekspertləri icbari tibbi sığortanın üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda icbari tibbi sığortanın formalaşması xüsusiyyətləri və s. mövzularda çıxışlar edəcəklər, vebinar iştirakçılarının suallarını cavablandıracaqlar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı