CƏMİYYƏT 2020.07.01 15:55

İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək

93

Məlumat üçün bildirək ki, “Gənclərin Töhfəsi” İctimai Birliyi 20 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bakı şəhərində əhaliyə göstərilən xidmətlərin (ictimai nəqliyyatda) keyfiyyətinin ölçülməsi dair sorğuların keçirilməsi” adlı layihənin icrasına başlamışdır. Layihənin məqsədi paytaxtda ictimai nəqliyyatda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin sosioloji araşdırma prinsiplərinə uyğun olaraq sorğu vasitəsi ilə ölçülərək müvafiq qurumlarla həll edilməli olan başlıca məsələlər haqqında statistik hesabatın təqdim olunmasıdır. Layihə çərçivəsində Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edilərək ictimai nəqliyyatda problemlər öyrəniləcək, onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırılacaq, problemin aradan qaldırılmasına kömək edəcək məsələlərin araşdırılaraq müvafiq təkliflər hazırlanacaq, həmçinin vətəndaşların onlara göstərilən xidmətlərə münasibətini öyrənərək məmnunluğunun təmin olunmasına yardımçı olunacaq. İlkin olaraq layihə Bakı və ətraf qəsəbələri əhatə edəcək və aparılan sorğunun nəticələri geniş ictimaiyyətə çatdırılacaq. Layihənin icrası 20 avqust 2020-ci ildə başa çatması nəzərdə tutulur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı