ƏSAS SƏHİFƏ

IEDP – Layihə Təqdimatı

571

Headstart International olaraq biz böyük məmnunluq hissi ilə Sizi IEDP Azərbaycan – Mütəxəssislərin Hazırlanması üzrə Beynəlxalq İnkişaf Proqramının təqdimatında iştirak etməyə dəvət edirik və hər birinizi bu tədbirdə görməkdən şad olardıq.

Headstart International Azərbaycanda ilk dəfə olaraq 10 aylıq geniş və kompleks təlim kurs proqramını təqdim edir. Bu diplom proqramının əsas məqsədi ali məktəb tələbələrinin və gənc mütəxəssislərin mühasibat uçotu və maliyyə sahəsi üzrə biliklərini daha da təkmilləşdirmək və onları Azərbaycanda iri şirkətlərdə, banklarda və holdinqlərdə işə qəbul edilmələri istiqamətində hazırlamaqdır. Daha ətraflı məlumat üçün şirkətimizin rəsmi internet səhifəsinə daxil ola bilərsiniz: http://www.headstart-international.com/HSI/index.php .

Proqramı müvəffəqiyyətlə bitirən tələbələr ACCA-nın (Böyük Britaniya) beynəlxalq səviyədə tanınan və böyük nüfuza malik FIA (Mühasibatlığın Əsasları) diplomunu əldə edəcəklər.

İş imkanları
Bugün qabaqcıl təşkilatlarda iş tapmaq getdikcə daha da çətinləşir. Bu 10 aylıq təlim proqramında iştirak etməklə Siz potensial işə götürən üçün seçim zamanı üstünlük verilən və cəlbedici namizədə çevrilə bilərsiniz. Həmçinin təlimdə müvəffəqiyyət qazanmış tələbələr Headstart International tərəfindən Azərbaycanda bizimlə tərəfdaşlıq edən işəgötürən şirkətlərə tövsiyə ediləcəklər. Qeyd edək ki, hal hazırda Headstart İnternationalin müştəri və partnyor bazasına 80-dən çox tanınmış şirkət daxildir (banklar, holdinqlər, xarici və yerli iri şirkətlər).
Qeyd edək ki, tədbirdə Azərbaycanın tanınmış şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Headstart International ACCA (Birləşmiş Krallıq) tərəfindən Azərbaycanda təsdiq edilmiş, Qızıl Statusa malik Tədris Partnyoru seçilmişdir.

Xüsusilə qeyd olunmalıdır ki, Headstart International ACCA Britaniya tərəfindən akkreditə olunmuş Qızıl Statuslu Tədris Partnyorudur və 2010-cu ildən etibarən uğurlu şəkildə beynəlxalq peşəkar kvalifikasiyalar üzrə təlimlər keçirir.

Headstart Intaernational ACCA tərəfindən təsdiq edilmiş Kompüter İmtahan Mərkəzi (CBE Center) statusuna malikdir.
Minlərlə tələbə bizim təlimlərdə iştirak etmiş və peşəkar karyera yüksəlişinə nail olmuşdur. Sizi də böyük məmnuniyyətlə bu təlimlərdə görmək istərdik.

Tədbirin proqramı
1. Headstart International haqqında ümumi təqdimat
2. IEDP barədə təqdimat
3. Partnyor şirkətlərin nümayəndələrinin gənc nəsilə müraciəti
4. Müsabiqə. Müsabiqənin qalibləri aşağıdakı üstünlükləri əldə edəcək:
a. Azərbaycanda müxtəlif şirkətlərdə təcrübə proqramı
b. 2 tələbəyə Headstart International-da pulsuz təlim kursu keçmə imkanı veriləcək
c. 3 tələbə Headstart International-da təlim üçün 30% endirim kuponu əldə edəcək

Müsabiqənin sualları Riyaziyyat və İngilis dili üzrə ümumi biliklərə əsaslanır. Əgər Siz öz Riyazi və İngilis dili bacarıqlarınıza güvənirsinizsə, bu halda bu müsabiqə tam sizə görədir.
Tədbirin dili: İngilis
Tədbirin vaxtı: 2 may 2015-ci il (saat 14:00 – 16:00)
Tədbirin keçiriləcəyi yer: Ambassador Hotel, 935 Samad Vurgun kuçəsi, Bakı

Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri və internet səhifəsi vasitəsilə müraciət etməyiniz xahiş olunur:

Tel: (+994 12) 597 48 05/06
Mob: (+994 55) 478 63 30
İnternet: [email protected]

Əlaqəli şəxs: Ülfət Yusifov

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı