İkinci ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 74 faizi UNEC-i seçib

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunan tələbələr arasında yüksək bal toplayanların sayı ildən-ilə artır.

UNEC-dən  bildirilib ki, yeni tədris ilində ikinci ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 74 faizi məhz UNEC-i seçib.

Qeyd edək ki, UNEC regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzidir. Tədris prosesi və kadr hazırlığı Amerika və Avropa təhsil sisteminə uyğundur. İxtisaslar bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə Azərbaycan, ingilis, rus və türk dillərində tədris edilir. Tələbə universiteti iki və daha çox ixtisasla (dual major) bitirə bilər. Tələbələrin müxtəlif mübadilə proqramlarında iştirak etmək imkanı var. Universitetdə 9 fakültə və 36 kafedra fəaliyyət göstərir, 461 professor və fəlsəfə doktoru çalışır.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here