ELM VƏ TƏHSİL 2020.03.23 23:27

İlahiyyat İnstitutu Koronovirusla Mübarizəyə Dəstək Fonduna dəstək aksiyasına qoşulub

136

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da Koronovirusla Mübarizəyə Dəstək Fonduna dəstək aksiyasına qoşulub.

İnstitutdan Dialoq.info-ya verilən məlumata görə, Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov ilahiyyatçılara səslənib:

“Hər birinizi virusun qarşısının alınması üçün tələb olunan qaydalara riayət etməyə, həmçinin ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizədə həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etməyə çağırıram”.

O qeyd edib ki, bütün dünya bu gün “Koronavirus” adı verilən “COVİD-19” pandemiyası ilə mübarizə aparır:

“Şükürlər olsun ki, dünyanın bir çox ölkəsindəki kütləvi yoluxma və ölüm halları ölkəmizdə yaşanmır. Lakin bu, bizə rahatlıq üçün bir əsas vermir. Müvafiq dövlət qurumları sözügüdən pandemiyanın kütləvi şəkildə yayılmaması üçün var gücü ilə çalışır. Biz də bu pandemiya ilə mübarizəyə əlimizdən gələn maddi-mənəvi dəstəyi verməli, öz vətəndaşlıq borzumuzu yerinə yetirməliyik”.

Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları da bu təşəbbüsə qoşulub və öz əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürürlər. Unutmayaq ki, el gücü sel gücüdür!

Qeyd edək ki, Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirir.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı