ƏSAS SƏHİFƏ

İlk Avropa Oyunları gənc rəssamların gözü ilə

830

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi start vermişdir.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Həmin oyunların Bakıda keçirilməsi eyni zamanda şəhərin görünüşünün daha da gözəlləşdirilməsinə səbəb olur. Belə ki, bununla bağlı Bakıda tikilən möhtəşəm tikililər paytaxtın görünüşünə xüsusi gözəllik qatır.

“İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi isə qeyd olunan bütün gözəllikləri rəsmlər üzərində əks etdirməyə imkan yaradacaq. Gənc rəssamlar İlk Avropa Oyunlarını və Bakının gözəlliyini öz əsərlərində əksetdirəcək, bununla bu mötəbər yarışa dəstək olduqlarını nümayiş etdirəcəklər.

Layihənin məqsədi İlk Avropa Oyunlarının təbliğat kampaniyasına dəstək olmaq, istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq, gənc rəssamların ruhlandırılması, rəssamlıq bacarığı olan gənclərin istedadlarının qiymətləndirilməsidir.

Layihə çərçivəsində Avropa Oyunlarına həsr olunmuş rəsm işlərindən ibarət sərgi və müsabiqə keçiriləcək, ən yaxşı işlərin müəllifələri diplom və dəyərli hədiyyələrlə təltif olunacaq.

Yaradıcı gəncləri layihədə iştirak etməyə dəvət edirik! İşlərinizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qərargahına 10 may 2015-ci il tarixinədək təqdim etməyiniz xahiş olunur (ünvan: Bakı şəh., 28 may küç., 9/13; +99412 493-96-24).

Əlavə məlumat üçün layihənin rəhbəri Samir Quliyev ilə əlaqə saxlıya bilərsiniz (+99455 992-22-73, +99470 992-22-73).

Qeyd edək ki, layihə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı