MEDİA VƏ QHT 2020.02.17 19:04

İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb? – ATV-dən açıqlama

3.4K

Bu gün sosial şəbəkələrdə tanınmış teleaparıcı İlkin Həsəninin ATV-dən çıxarılması haqda məlumat paylaşılıb.

Dialoq.info AZXEBER.COM-a istinadən xəbər verir ki, yayılan məlumatda onun sosial şəbəkədə 9 fevral seçkiləri ilə bağlı yazdığı statusa görə telekanal tərəfindən cəzalandırıldığı iddia edilib.

AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün ATV telekanalı ilə əlaqə saxlayıb.

Telekanaldan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bunlar tamamilə yalan məlumatdır. İlkin Həsəni öz işindədir. Onun layihə rəhbəri olduğu “Buğlama” şousu da yayımını davam etdirir. Onu da qeyd edək ki, “Buğlama” production layihəsidir”.

Xatırladaq ki, İlkin Həsəni seçkilərdən sonra saxtakarlıq edən şəxslər haqda sosial şəbəkədə sərt fikirlər səsləndirmişdi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı