DÜNYA 2021.02.23 13:58

İlon Mask bir gündə 15 milyard dollar pul itirdi

24

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask son sutka ərzində 15 milyard dollardan çox vəsait itirib.

Trend-in məlumatına görə, buna səbəb “Tesla” şirkətinin səhmlərinin kəskin ucuzlaşması olub.

Qeyd olunur ki, İ.Maskın sərvəti 15,2 milyard azalaraq 183 milyard dollara düşüb.

Hazırda İ.Mask dünyanın ən zəngin şəxsləri siyahısında “Amazon”un rəhbəri Ceff Bezosdan sonra ikinci yerdədir.

Ötən gün “Tesla”nın səhmləri 8,55 faiz ucuzlaşıb ki, bu da ötən ilin sentyabrından sonra ən yüksək rəqəmdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı