ƏSAS SƏHİFƏ

“İncəsənət təbiətin qorunmasında bir vasitə kimi” adlı beynəlxalq layihə həyata keçirilib

492

21-29 İyun 2015-ci il tarixlərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Beynəlxalq Könüllülük Proqramı Departamenti tərəfindən “Art as a tool of caring nature” (“İncəsənət təbiətin qorunmasında bir vasitə kimi”) adlı beynəlxalq düşərgə həyata keçirildi.

Layihənin keçirilməsində məqsəd insanların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, gənclər arasında təbiətin qorunmasını təbliğ etmək idi.

Düşərgənin ilk günü əcnəbi könüllülərlə birlikdə yerli gənclər Xoşbulaq kəndinin meşə massivində təmizlik aksiyası həyata keçirdilər. Layihə daxilində həmçinin məişət tullatılarının atılması üçün meşənin müxtəlif yerlərində zibil qabları da yerləşdirildi.

Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan 18-30 yaş arası 10-na yaxın gəncin iştirak etdiyi düşərgə çərçivəsində meşə ərazisindən toplanmış zibillərdən müxtəlif incəsənət nümunələri də hazırlandı. İstifadə olunan əsas material ağac qırıntıları olsada, təmizlənmə zamanı təsis olunan digər maraqlı materiallardan da istifadə olundu. Sonda könüllülər təbiətə qayğının artılması üçün yerli əhalinin də cəlb olunduğu ekoloji təmizlik kampaniyası təşkil etdilər.

Qeyd edək ki, bu ekoloji düşərgə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin son 2 ildə həyata keçirdiyi sayca 5-ci ekoloji layihəsidi.

11653222_936532479739053_216776633_n 11667238_936532466405721_1057859383_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı