DÜNYA 2020.11.01 10:15

İndoeneziya Prezidenti Emmanuel Makronu islam dini haqqında fikirlərinə görə tənqid edib

33

İndoneziya Prezidenti Coko Vidodo Fransa şəhərlərində baş vermiş “zorakılıq aktlarını pisləməklə yanaşı, bu hadisələri “islam terrorçu hücumu” adlandıran Fransa prezidenti Emmanuel Makronun ünvanına kəskin tənqidi fikirlər səsləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın dövlət başçısı video müraciətində bildirib.

İndoneziya Prezidenti qeyd edib ki, Gakarta Fransa şəhərlərində baş verənləri pisləyir. Bununla yanaşı, dinin terror hücumları ilə əlaqələndirilməsinin böyük səhv olduğunu bildirir.

İndoneziya Prezidenti deyib: ”Terrorizm – elə terrorizmdir və o heç bir din ilə əlaqəli deyil. Təqribən 220 milyon müsəlmanın yaşadığı İndoneziya Fransa prezidentinin islam dinini təhqir edən, bütün dünyada yaşayan müsəlmanların hisslərinə toxunan və imanlı insanlar arasında parçalanmaya səbəb olan bəyanatını kəskin pisləyir.

Onun sözlərinə görə, hazırda koronovirus pandemiyası ilə mübarizə aparmaq üçün bütün dünyaya sıx birlik lazımdır. “Dini dəyərlərə və rəmzlərə zərər vuran söz azadlığına heç cür bəraət qazandırmaq olmaz”, – deyə İndoneziya Prezidenti bildirib.

Bundan əlavə, oktyabrın 27-də İndoneziya Xarici İşlər Nazirliyinə dəvət olunan Fransanın Cakartadakı səfirinə E.Makronun bəyanatı ilə bağlı etiraz məktubu təqdim olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı