İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbulun nəticələri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun magistraturasına qəbulun nəticələri məlum olub.

AMEA İnformasiya Texnologiyaları İnstitutuna 2017/2018-ci tədris ili üçün keçirilmiş müsabiqədə “249242 – Paylanmış sistemlər və şəbəkələr” və “249267 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisasları üzrə iki yer ayrılıb.

İnstitutdan bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavrı Aytən Məmmədova və Bakı Mühəndislik Universitetinin bakalavrı Qalib Sarayev həmin ixtisaslar üzrə magistr adını qazanıblar. Qalib Sarayev 143 bal toplayaraq AMEA üzrə ən yüksək nəticə göstərib.

Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün AMEA-nın 17 institutuna 12 ixtisas üzrə 67 magistr daxil olub. Bu il AMEA-nın magistraturasına qəbul üçün müsahibədə ümumilikdə 1742 bakalavr iştirak edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here