Ingilis dili müəllimləri və ingilis dilini bilən müəllimlərin nəzərinə

Ingilis dili müəllimləri və ingilis dilini bilən müəllimlərin nəzərinə!
Mədəd Azərbaycan təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirliyi və European Schoolnet ilə birgə həyata keçirdiyi ETwinning Plus 2013-2014 Layihəsinə yeni məktəb və müəllimlərin 30 oktyabr tarixinədək qeydiyatını davam edir.
eTwinning Plus Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olan eTwinning layihəsinin tərkib hissəsidir. Dialoq.info-un məlumatına görə, eTwinning Plus pedaqoji işçilərə təhsil layihələri yaratmaq, onları icra etmək, əməkdaşlıq etmək və Avropada pedaqojı icmanın bir hissəsi olmaq imkanı verir. Maraq göstərən məktəblər və müəllimlər aşağıda qeyd olunan linkə daxil olub və ərizə formasını doldura bilərlər:
Məktəblər üçün:
https://docs.google.com/forms/d/162-zTBlpnO2UkS5RvxoNwrhR7ZbHQ31NvHjCeEpUTY0/viewform
Müəllimlər üçün:
https://docs.google.com/forms/d/15ePFAwAgssGRrX-TVWW4krTj4bEsuvzF-ie507LBPFo/viewform
Seçiləcək məktəb və müəllimlər eTwinning Plus layihəsinin portalında qeydiyyata alınacaqlar və təlimdə iştirak etdikdən sonra portalda fəaliyyətə başlayacaqlar. eTwinning Plus portalında qeydiyyatdan keçdikdən sonra müəllimlər və şagirdlər avropalı həmkarları ilə ortaq layihələrdə iştirak və icra etmək şansı, yeni bilik və professional inkişaf üçün imkanlar əldə edəcəklər.
Müəllimlərin şagirdlərlə fəaliyyəti mütəmadi olaraq izlənəcək, ən uğurlu layihələr və ən aktiv müəllimlər və şagirdlər seçilərək mükafatlandırılacaqlar.
eTwinning-çilər arasında Sizi görməyə çox şad olardıq!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here