Dilin qavranması: öyrənmə və tədris etmə
Ingilis dili müəllimləri üçün pulsuz və əlverişli vaxt çərçivəsində iştirak edə biləcəyiniz kursa siz də qoşulun.
Southampton Universiteti və British Council tərəfindən tərtib edilmiş bu kursda keçən il bütün dünya üzrə 120 000 insan iştirak etmişdir.
Keçən il iştirakçıların 96% bu kursu tövsiyyə edir.
Bu kursa qoşularaq dilllərin effektiv tədrisini və öyrənməsinin əsas konseptlərini anlayacaqsınız. Bu kurs sizə dilin öyrənilməsi və tədrisində ən son tədqiqat, təcrübə və ideyaları təqdim edəcək.
Kurs onlayn olduğundan harda olacağınızdan asılı olmayaraq sizə əlverişli zaman çərçivəsində bitirə bilərsiniz. Kursun proqramını 4 həftə ərzində həftədə təqribən 3 saat keçirməklə tamamlaya bilərsiniz.
Kurs 19 oktyabr tarixində başlayır (kursa hətta başlandıqdan sonra da qoşula bilərsiniz) və 15 noyabr tarixində bitir.
Bu kurs dilin təkmilləşdirilməsinə və tədrisinə marağı olan məzunlar üçün nəzərdə tutulub. Bu kurs ingilis dilinin tədrisi sahəsində maqistr təhsilinin hissini yaşadacaq. Kursda iştirak etmək üçün heç bir hazırlıq tələb olunmur və dilin öyrənilməsi və tədrisi haqqında daha çox bilik əldə etmək istəyən hər kəs bu kursdan yararlana bilər.
Bizim pulsuz onlayn kursumuzda iştirak etməklə onlayn Maqistr dərəcəsinin necə alınması haqqında anlayışınız olacaq. İngilis Dilinin Tədrisi üzrə (onlayn) Maqistr proqramının qiymətinin bir hissəsinin ödənməsi üçün təqaüdə də müraciət edə bilərsiniz. Southampton Universiteti və British Council tərəfindən tərtib olunmuş Maqistr proqramları haqqında daha ətraflı məlumat əldə et.
Siz kursda iştirakınızı təstiq edən elektron və çap olunmuş sertifikat ala bilərsiniz. İştirak Şəhadətnaməsinin necə alınması haqqında məlumat əldə et.
Qeydiyyat: https://www.futurelearn.com/courses/understanding-language
