İDMAN 2020.05.04 08:57

İngiltərə kubokun finalının tarixi müəyyənləşib

31

Koronavirus pandemiyası üzündən dayandırılan İngiltərə kubokunun qalan oyunlarının taleyini aydınlıq gəlib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, turnirin bərpasından sonra bütün matçların Londondakı “Uembli” stadionunda təşkili planlaşdırılır.

Qarşılaşmaların hamısı azarkeşsiz keçiriləcək. 1/4 final mərhələsi koronavirusa təxirə salınan kubokun final oyununun avqustun 8-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 1/4 finalda “Lester” – “Çelsi”, “Nyukasl” – “Mançester Siti”, “Şeffild Yunayted” – “Arsenal” və “Norviç” – “Mançester Yunayted” cütləri üz-üzə gəlməlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı