İDMAN 2020.11.02 02:30

İngiltərə Premyer Liqası: “Arsenal” səfərdə “Mançester Yunayted”i məğlub etdi

34

Bu gün İngiltərə Premyer Liqasının yeddinci turu çərçivəsində “Mançester Yunayted” Londonun “Arsenal” klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 69-cu dəqiqədə penaltidən Pyer-Emerik Obameyanq vurub.

Qeyd edək ki, “Arsenal” (12 xal) bu qələbədən sonra turnir cədvəlində səkkizinci yerə yüksəlib, “Mançester Yunayted” (6 xal) isə 15-ci pillədə qərarlaşıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı