DÜNYA 2020.09.20 19:00

İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə böyük hesabla qələbə qazanıb

50

Sentyabrın 20-də futbol üzrə İngiltərə Premyer Liqasında II turun bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatın iddialı klublarından sayılan “Tottenhem” səfərdə “Southemton” komandasını qonağı olub. Görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

London təmsilçisinin heyətində Son Xın-Min (4), Hari Keyn fərqləniblər. “Southemton”un hər iki qolunu isə Denni İnqs vurub.

Premyer Liqanın birinci turunda “Southemton” səfərdə “Kristal Palas”a, “Tottenhem” isə öz meydanında “Everton”a 1:0 hesabı ilə məğlub olmuşdu.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı