ƏSAS SƏHİFƏ

“İNKİŞAFOLOGİYA” adlı motivasiya təlimi keçiriləcək

3.0K

Dialoq.info-un məlumatına görə 15 oktyabr saat 11:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin kiçik akt zalında Aərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “İNKİŞAFOLOGİYA” adlı motivasiya təlimi keçiriləcək

İnkişaf etmək istəyirsiniz amma bunu necə edəcəyinizi bilmirsiniz?
Seçimlərinizi düzgün edə bilmirsiniz və bir müddət sonra sadəcə vaxt itirdiyinizi anlayırsınız?
Öz karyeranızı qurmaq istəyirsiniz amma elə ilk çətinlik sizin fikirlərinizin dəyişməsinə və geri addım atmağınıza səbəb olur?
Bütün bu uğursuzluqlar artıq sizi bezdirib və sizdə ruh düşgünlüyü yaradıb?
Elə isə sizi Aərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “İNKİŞAFOLOGİYA” adlı motivasiya təliminə dəvət edirik.
Bu təlim həyatınızın dönüş nöqtəsi, uğurlarınızın başlanğıcı olacaq!

Təlim,
– Şəxsi inkişaf və Karyera planlaşdırılması üzrə mütəxəssis
– Təcrübəli təlimçi-instruktor
– Gənclər sektorunda və təlimçilik sahəsində 7 illik təcrübəyə malik
– İsaac Pintosevich Systems şirkətinin sertifikatlı biznes təlimçisi
– Allmag fərdi inkişaf jurnalının layihə rəhbəri olan Toğrul Ələkbər tərəfindən keşiriləcək.

Qeyd: Təlim tam ödənişsizdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı