ƏSAS SƏHİFƏ

“İnkişafologiya” adlı təlim

815

Hədəf təlim klubu “Hədəf təlim günləri” çərçivəsində tanınmış təlimçi Toğrul Ələkbərin təqdimatında “İnkişafologiya” adlı təlimi təqdim edir. Nədir İnkişafologiya?
Hər birimiz xəyal edərkən gələcəkdə özümüzü irəlidə, inkişaf etmiş şəxs kimi görmək istəyirik, lakin nə qədər inkişaf etmək istəsək belə yenə də bu söz biz də qorxu da yaradır.
Sadə. Çünki, bilmirik necə inkişaf edək, kimə müraciət edək, kimdən götürək, hara gedək. Suallar çoxaldıqca həvəsimiz də bir tərəfdən əriyir. Lakin hər şeyin çıxış yolu olduğu kimi bunun da bir yolu var.
Tanış olun:“İnkişafologiya” ! Bu inkişaf barədə elmin adıdır. İlkin olaraq bir seminar şəklində gənclərə təqdim olunacaq tədbirdə inkişaf barədə bir çox suallara, müəmmalı məqamlara toxunulacaq və hər bir iştirakçı sonda özünə uyğun bir yol seçəcək, cavablar tapacaq, ÖZ yerini müəyyənləşdirəcək.
TƏLİMÇİ:
Toğrul Ələkbər
– Şəxsi inkişaf və Karyera planlaşdırılması üzrə mütəxəssis
– “Karyera A-dan Z-yə” kitabının müəllifi
– Təcrübəli təlimçi-instruktor
– Gənclər sektorunda və təlimçilik sahəsində 7 illik təcrübəyə malik
– İsaac Pintosevich Systems şirkətinin sertifikatlı biznes təlimçisi
– Allmag fərdi inkişaf jurnalının layihə rəhbəri
Təlimdə iştirak etmək üçün:
1) [email protected] ünvanına son qeydiyyat tarixinə kimi CV formanızı göndərməli
2) Son qeydiyyat tarixindən sonra iştirak hüququ qazanan şəxslərin mobil nömrələrinə bildiriş göndəriləcək
3)Təlimdə iştirakla bağlı CV göndərərkən subject hissəsinə təlimin adını qeyd edin. Əks halda belə Cv-lərə baxılmayacaq.
4) Son qeydiyyat tarixi: 04.07.2015 ( saat 22:00)

Əlaqə vasitələri :
Tel:
(+99412) 594 73 38
(+99455) 213 52 84
(+99470) 324 98 50
e-mail: [email protected]
Ünvan:Z.Əhmədbəyov küç 2 Hədəf Kursunun Nizami filialı (Nizami metrosunun yaxınlığı)

11053897_846470048740800_5015639041599834036_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı