ƏSAS SƏHİFƏ

İnsan beyni haqqında

1.1K
  1. Beyində beş dəqiqə ərzində oksigen
    çatışmazlığı onun geri qaytarılması mümkün olmayan zədələnməsinə gətirib çıxarır.
  2. Beyniniz 50 yaşa qədər inkişaf etməyə davam edir.
  3. Beynin sağ və ya sol yarımkürələrinin ayrı- ayrılıqda çalışması əfsanədir. Onlar hər zaman əlaqəli fəaliyyət göstərir.
  4. Elmi olaraq sübut edilib ki, hətta zəif hökmranlıq hissi insanın beyninin fəaliyyətini dəyişir və onun mərhəmət hissini azaldır.
  5. Ailədaxili zorakılıq uşaq beyninə müharibənin əsgər beyninə təsirinə oxşar təsir göstərir.
  6. Albert Eynşteynin cəsədinin yarılmasında iştirak edən patoloqoanatom onun beynini oğurlayıb və təxminən 20 il müddətində formalin məhlulunda saxlayıb.
  7. Mobil telefonda uzun müddətli danışıq baş beyin şişinin yaranmasını əhəmiyyətli dərəcədə artırır.
  8. Uşaq beyni orqanizmdəki bütün qlükozanın 50%-ə qədərini istifadə edə bilər. Məhz bu uşaqlara nə üçün bu qədər çox yatmaq lazım olduğunu aydınlaşdırır.
  9. Beyin bədəndəki oksigen və qanın ümumi miqdarının 20%-i istifadə edir.
  10. Yeni bir məlumat əldə etdiyiniz zaman beynin strukturu dəyişir.
  11. Yuxu çatışmazlığı beynin faəliyyətinə nəzərə çarpacaq dərəcədə təsir göstərir, mühakimənin pisləşməsi və reaksiyanın zəifləməsinə gətirir.
  12. Beynin yarısı şəxsiyyət və ya yaddaşa nəzərə çarpacaq təsiri olmadan cərrahi yolla götürülə bilər.
  13. Alimlərin fikrincə beyin imtinanı fiziki ağrı kimi qəbul edir.
  14. 2015-ci ildə gücünə görə dördüncü superkompyüterə insan beyni aktivliyinin bir saniyəsini əks etdirmək üçün 40 dəqiqə vaxt tələb olunub.
  15. Amerikalı ixtiraçı Reymond Kurtsveylin fikrincə 2023-cü ildə personal kompyüterlər insan beyninin hesablama gücünə çatacaq.
  16. Alimlər hesab edir ki, pəhriz beynin özünü ″yeməsi″nə gətirib çıxara bilər.
  17. İnsan beyninin 60%-i yağdan ibarətdir.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı