ƏSAS SƏHİFƏ

İnsanın özünü xoşbəxt hiss etdiyi saat

825

İnsanın özünü ən xoşbəxt hiss etdiyi saat məlum olub. Sən demə bu saat 19:00-dır. Kaliforniya Universitetinin mütəxəsissləri apardıqları araşdırma nəticəsində məhz bu qənaətə gəliblər.

Mütəxəsisslər bu saatı “romantik dəqiqələrin başladığı”, “maraqlı ideyaların  meydana  gəldiyi”,  “iş stressinin sona çatdığı”,  “insanın özünə vaxt  ayırmağa başladığı”  an  adlandırıblar.  20  ölkədən 5444 insan üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, bu saatdan etibarən insanlar şəxsi həyatlarına vaxt ayırmağa başlayırlar. Kimi dostları ilə, ailəsi ilə görüşür, kimi də yürüşə çıxır.

Araşdırma nəticəsində eyni zamanda dünyanın ən xoşbəxt ölkələrinin də adı məlum olub. 64 min respondent arasında keçirilən sorğunun nəticələrinə əsasən, Fici adaları dünyanın ən xoşbəxt ölkəsi olub. Gözoxşayan  təbiəti, termal suları, bəyaz qumlu sahilləri ilə dünyanın ən gözəl yerlərindən biri sayılan Fici adaları daha çox turizm məkanları ilə fərqlənir. Hər il milyonlarla insan burda dincəlmək üçün minlərlə dollarından keçməli olur. Adanın əhalisi isə əsasən balıqçılıqla məşğuldur.  Onların fikrincə belə bir yerdə yaşayan insan özünü bədbəxt hiss edə bilməz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı