MƏDƏNİYYƏT 2020.10.12 16:56

İnstitut direktoru: Ermənilər Qarabağdakı abidələrin çoxunu dağıdıblar

75

Qarabağ memarlıq abidələrinin bir çoxu erməni işğalı nəticəsində dağıdılıb. Trend-in məlumatına görə, bunu AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın tarixən təşəkkül tapmış memarlıq məktəblərindən biri də Qarabağ memarlıq məktəbidir. Azərbaycanın digər memarlıq məktəbləri ilə müştərək milli cəhətlərə malik olan bu məktəb istər inşaat-konstruksiya, istərsə də bədii-estetik xüsusiyyətləri ilə bir sıra özəlliklərə malikdir:

“Təəssüf ki, Qarabağ memarlıq abidələrinin bir çoxu erməni işğalı nəticəsində dağıdılıb. Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə (XIV əsrin əvvəli) dağıdılıb, Füzuli rayonundakı Şeyx Babı türbəsinə (XIII əsr) ciddi ziyan dəyib. Vaxtilə Pənahəli xanın Şuşada və digər yerlərdə tikdirdiyi qala və istehkamlar, Xan qızı Natəvanın evi, bir çox digər abidələr erməni vandalları tərəfindən yararsız hala salınıb. Ermənilər xeyli sayda abidəni, o cümlədən Ağdərə, Laçın, Kəlbəcər rayonlarında yerləşən alban tikililərini “erməni memarlığı nümunəsi” kimi qələmə verərək, onların zahiri görünüşünü dəyişdirib, qədim dini tikililəri korlayıblar”.

Ə.Salamzadə əlavə edib ki, Qarabağ müasir milli heykəltəraşlığın erkən təzahür forması olan daş oyma sənətinin formalaşdığı ərazilərdəndir:

“Binalar üzərində müxtəlif daş qabartmalar, Laçın, Kəlbəcər rayonlarındakı daş qoç, at fiqurları qədim mədəniyyətdən xəbər verir. Təəssüf ki, onların çoxu erməni vandalları tərəfindən məhv edilib”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı