ƏSAS SƏHİFƏ

“İnter” və “Sumqayıt”dan qələbə, “Qəbələ” xal itirdi, “Qarabağ” uzaqlaşdı

246

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tur baş tutub. Turun bütün oyunları eyni gündə keçirilib.

 

Günə Sumqayıtda start verilib. Yerli komanda “Neftçi”ni qəbul edib. Avrokuboklar uğrunda mübarizə aparan iki komandanın oyunu gərgin mübarizəyə səhnə olub. Son 4 turda xal üzünə həsrət qalan Samir Abasovun yetirmələri uğursuz seriyanı “Neftçi” ilə oyunda qırıblar. Meydan sahibləri 2:0 hesablı qələbə ilə həm də rəqibini turnir cədvəlində arxada qoyub.

 

Bu görüşün startından yarım saat sonra isə “İnter” – AZAL oyunu başlayıb. Matç “təyyarəçilər” üçün faciəvi sonluqla nəticələnib. Belə ki, 1:2 hesabı ilə uduzan “təyyarəçilər” sona 4 tur qalmış Premyer Liqa ilə vidalaşıblar.

 

“Qarabağ” Bakıda “Kəpəz”i, “Qəbələ” isə doğma meydanda “Zirə”ni qəbul edib.

 

Son iki matçda qələbə qazanan Şahin Diniyevin yetirmələri lider qarşısında hesabı açsalar da, sonradan özündə güc tapan ağdamlılar qalib gəlməyi bacarıblar. Dino Ndlovu və Miçel komandasına qələbə qazandırıb – 2:1.

 

Roman Qriqorçukun yetirmələri isə qəsəbə klubu qarşısında xal itiribləb. Oyunda hesabı “qırmızı-qaralar” açsalar da, qonaqlar bərabərlik qolunu vuraraq səfərdən bir xalla dönüblər.

 

Azərbaycan Premyer Liqası

XXIV tur

2 aprel (bazar)

 

“Qarabağ” – “Kəpəz” – 2:1

Qollar: Dino Ndlovu, 41, Miçel, 47 – Renan Silva, 26

 

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:0
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu

 

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 77. Elşən Abdullayev
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 71. Vüqar Nadirov
Baş məşqçi: Qurban Qurbanov

 

“Kəpəz”: 30. Davud Kərimi, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 10. Dario Federiko, 77. Serjio Kosta, 90. Julien Ebah
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 7. Vüqar Bəybalayev, 68. Əli Nuri
Baş məşqçi: Şahin Diniyev

 

“Qəbələ” – “Zirə” – 1:1

Qol: Zenyov, 8 – Sezar Meza Kolli, 62

İlk 3 dövrədəki oyunlar: 2:0, 1:0, 2:2
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 34. Urfan Abbasov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 31. Daniel Subotiç, 77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk

 

“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 20. Sezar Meza Kolli, 7. Amadu Sanqar, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 44. Migel Lorenso, 26. Georgi Qorozia, 38. İlkin Muradov, 21. Murad Səttarlı, 17. Vüsal İsgəndərli, 9. Nurlan Novruzov
Baş məşqçi: Ayxan Abbasov

 

 

“Sumqayıt” – “Neftçi” – 2:0

Qollar: Bəxtiyar Həsənalızadə, 60, Amil Yunanov, 63

 

İlk 3 dövrədəki oyunlar: 2:1, 2:0, 0:1
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev
Ehtiyat oyunçular: 92. Mehdi Cənnətov, 5. Seymur Əsədov, 13. Bəhlul Mustafazadə, 21. Nasir Abilayev, 39. Tural Bayramlı, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

 

“Neftçi”: 53. Maksim Vaylo, 6. Pavel Dreksa, 7. Namiq Ələsgərov, 8. Zdenek Folprext, 10. Cavid İmamverdiyev (k), 11. İqnasio Herrera Fernandes, 12. Daniel Seqovia, 17. Rəhman Hacıyev, 25. Kiril Petrov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 3. Jairo Rodriges, 5. Anton Krivotsyuk, 9. Uqo Barqas, 13. Murad Ağayev, 80. Edson Kastilya, 95. Elvin Bədəlov
Baş məşqçi: Elxan Abdullayev

 

 

“İnter” – AZAL – 2:1

Qollar: Denis Silva, 48, Rauf Əliyev, 90+1 – Kvirtiya, 90+2

 

İlk 3 dövrədəki oyunlar: 3:1, 3:0, 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

 

“İnter”: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 27. Adrian Skarlatake, 22. İlkin Qırtımov, 4. Slavik Alxasov, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 3. Denis Silva, 2. Sertan Taşkın, 10. Elnur Abdullayev, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov
Baş məşqçi: Zaur Svanadze

 

AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 2. Elşad Manafov, 7. Kamal Mirzəyev, 70. Vaqif Cavadov, 77. Arkadi Qalperin, 6. Bəxtiyar Soltanov, 8. Sadio Tounkara, 10. Nuqzar Kvirtiya
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 55. Qeyrət Qənbərov, 27. Rəşad Abdullayev, 19. Elnur Süleymanov, 21. Samir Məsimov, 11. Frank Madu, 36. Renat Aşurov
Baş məşqçi: Tərlan Əhmədov

 

 

1Qarabağ

24

16

4

4

39-12

52

2Qəbələ

24

13

8

3

43-14

48

3İnter

24

11

9

4

35-24

42

4Zirə

24

8

7

9

21-24

31

5Sumqayıt

24

7

7

10

22-30

28

6Neftçi

24

8

2

14

19-38

26

7Kəpəz

24

5

9

10

17-26

24

8 AZAL

24

1

7

16

11-39

10

 

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11

apasport.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı