Gəncləri təhsil sahəsindəki yeniliklər barədə məlumatlandırmaq, layihə, təlim, seminar və xaricdəki təhsil imkanları barədə yenilikləri onlarla paylaşmaq məqsədi ilə yeni sayt istifadəyə verilib. http://www.edu-map.org ünvanında fəaliyyət göstərəcək yeni sayt daha çox təhsil yönümlü xəbərlərin istehaslı üzrə ixtisaslaşıb.
Edu-map.org təhsil saytı olmaqla yanaşı mədəniyyət, gənclərin fərdi inkişafı üçün nəzərdə tutulan proqramlar barədə məlumatları geniş oxucu kütləsinə çatdırmağı hədəfləyir. Multimedianı tam dəstəkləyən yeni saytda elektorn kitabxanada fəaliyyət göstərəcək.
Gənc yazarların yaradıcılıq işlərini geniş oxucu kütləsi ilə paylaşması üçün saytda xüsusi bölmə də faəliyyət göstərir. “Hədəfimiz gənclərin hərtərfli inkişafı üçün təhsil imkanları barədə onlara məlumat vermək, onların bilik və bacarıqlarının inkişaf etdilməsi istiqamətində təşəbbüslərini dəstəkləməkdir”-deyə saytın direktoru Rasim Abdurəhmanov bildirib.
