DÜNYA 2020.07.01 00:21

İntihar etmək istəyəndə də maska taxdı: “Ölməsəm, cərimə ödəmək istəmədim”

74

Türkiyənin İstanbul şəhərində intihar etməyə cəhd göstərən şəxs ətrafdakıları bir davranışı ilə təəccübləndirib. O, hündür məsafədən tullanmaq istəyərkən maska taxıb.

İstanbulda intihara cəhd göstərən şəxsin fotosu “Twitter”də çox paylaşılanlar arasındadır.

İntihar etmək istəyəndə də maska taxdı: “Ölməsəm, cərimə ödəmək istəmədim” - Foto

Fotoda polisin aşağı tullanmaq istəyən adamı yola gətirmək istədiyi görünür. İntihar edən şəxsin maskada olması diqqətləri cəlb edib. “Twitter”də yazılanlara görə polis onu fikrindən daşındıra bilib. Həyatına davam etmək qərarı verən adamdan niyə intihar vaxtı maska taxdığı soruşulub. O isə “ölməsəm, boş yerə cərimə ödəmək istəmədim” söyləyib.

Türkiyənin 50-yə qədər şəhərində hətta küçədə də maska taxmaq məcburidir. Əks halda vətəndaşlar 900 lirə (təxminən 140 dollar) cərimə ödəməlidir.

Bizimyol.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı