RƏSMİ 2020.01.14 19:45

İqtisadiyyat naziri və müavinləri qəbul keçirəcək

75

İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 17-də saat 11:00-dan etibarən Kürdəmirdə (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18, Heydər Əliyev Mərkəzi) rayon sakinlərini qəbul edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün nazir müavinləri Niyazi Səfərov saat 11:00-dan etibarən Ağsuda (ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, Yeni Azərbaycan Partiyasının Ağsu Rayon Təşkilatının inzibati binası), Sahib Məmmədov isə Ucarda (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153, Heydər Əliyev Mərkəzi) rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyənlər qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin “[email protected]” elektron poçt ünvanı və (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) nömrəli telefonlar, 195-2 Çağrı mərkəzi, həmçinin Kürdəmirdə və Ucarda keçiriləcək vətəndaş qəbulları üçün nazirliyin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, İnzibati bina, əlaqə telefonu: (012) 585-04-06, elektron poçt ünvanı: “[email protected]”), Ağsuda keçiriləcək qəbul üçün isə nazirliyin Dağlıq Şirvan regional bölməsi (ünvan: Şamaxı şəhəri, Heydər Əliyev küçəsi, 27, İnzibati bina, əlaqə telefonu: (020) 265-17-87, elektron poçt ünvanı: “[email protected]”) vasitəsilə müraciət edə bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı