“İRƏLİ” İctimai Birliyi “Nəzər Nöqtəsi” adlı düşərgəsinə start verir

“İRƏLİ” İctimai Birliyi “Nəzər Nöqtəsi” adlı düşərgəsinə start verir.

“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə “Nəzər Nöqtəsi” layihəsinə start verir. “Nəzər Nöqtəsi” dünya arenasında Azərbaycanın adını yüksəldə bilən gənclərin hazırlanması layihəsidir. Dialoq.info xəbər verir ki, ümumilikdə layihədə 40 gəncin iştirakı planlaşdırılır. Layihənin ilkin mərhələsində gənclərin seçimi aparılacaq. Seçim zamanı Azərbaycanın tarixi haqqında bilən, ümumi natiqlik bacarıqları güclü olan gənclərə üstünlüklər veriləcək. Layihə düşərgə formatında keçiriləcək. Bu düşərgə çərçivəsində ümumi olaraq Azərbaycanın Dövlət qurucluğu, Azərbaycanın Dünya arenasında pozisiyası, siyasətlə və siyası analizlə bağlı təlimlər keçiriləcək. Düşərgənin təlimlərdən sonrakı mərhələsində formalaşmış bu siyasi korrekt baza beynəlxalq təbdirlərdə, konfranslarda iştirak edib Azərbaycanın adını yüksəldəcək.

Qeyd edək ki, “Nəzər Nöqtəsi” adlı düşərgə 2014-cü ildə “Gənclər Paytaxtı” seçilmiş Quba şəhərində həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi Azərbaycanı beynalxalq arenada layiqincə təmsil edəcək, siyasi korrekt bazaya malik gəncləri yetişdirmək və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etməkdir.

Tarix: 5 dekabr – 8 dekabr 2014-cü il
Son müraciət tarixi: 28 noyabr 2014-cü il
Ərizə forması: xəbərin aşağısında

İştirakçıların seçim meyarları:

* Yaş məhdudiyyəti: 14-29 yaş;
* Layihədə iştirak üçün yüksək motivasiyası olmalı;
* Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətdə aktiv iştirak etməlidirlər;
* Daha çox dil biliklərinə sahib olan gənclərə üstünlük veriləcək
* Azərbaycanın tarixi haqqında geniş bilikləri olan şəxslərə üstünlük veriləcək

“İRƏLİ” İctimai Birliyi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətini dəstəkləyir, bu siyasətin inkişafında yaxından iştirak edən gənclər təşkilatı olaraq fəaliyyət göstərir. “İRƏLİ” İctimai Birliyi gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən gənclər təşkilatıdır. Təşkilat olaraq əsas prioritet məsələ bu istiqamətdə fəaliyyət göstərən bütün dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənclər təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək, mövcud əməkdaşlıqları artırmaq və bununla da Azərbaycanın Gənclər Siyasətinə birgə töhvə verməkdir.

Qeyd: “Nəzər Nöqtəsi” layihəsi çərçivəsində yaşayış, qida və nəqliyyat xərcləri “İRƏLİ” İctimai Birliyi tərəfindən qarşılanır.
Əlavə məlumat üçün:
“İRƏLİ” İctimai Birliyi
Ünvan: Səbail r-nu, Həsən Abdullayev küçəsi
Telefon: (+99412) 492 26 77
Mobil: (+99451) 719 17 77
Əlaqələndirici şəxs:
Azər Əmirov
e-mail: [email protected]

“Nəzər Nöqtəsi” layihəsində iştirak üçün ərizə forması

  • Şəxsi məlumatlar

  • Əlaqə məlumatları

  • Onlayn əlaqə

  • Dil bilikləri
  •   Əla
      Yaxşı
      Pis
      Yoxdur
  •   Əla
      Yaxşı
      Pis
      Yoxdur
  •   Əla
      Yaxşı
      Pis
      Yoxdur
  •   Əla
      Yaxşı
      Pis
      Yoxdur
  •   Əla
      Yaxşı
      Pis
      Yoxdur

  • Təhsili

  • İş təcrübəsi

  •   Bəli
      Xeyr

  • Əldə etdiyiniz fəxri fərmanlar, sertifikatlar

  •   Bəli
      Xeyr

  •   S
      M
      L
      XL

  •   Bəli
      Xeyr

  •   Bəli
      Xeyr

  •   Bəli
      Xeyr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here