ƏSAS SƏHİFƏ

İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir

1.2K

“İRƏLİ” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İrəli Radio (iRadio) “Təcrübə Proqramı” elan edir!

Əgər Siz də gəncsiniz, dinamiksiniz, sosial fəaliyyətə qoşulmaq, aktiv həyat tərzi keçirmək və ən əsası radio aparıcısı olmaq istəyirsinizsə, sizə təklif edilən bu fürsəti qaçırmayın.
Günümüzdə radiolarda işə müraciət edəndə sizdən təcrübəli olmağı tələb edirlər. Siz isə bu təcrübəni harada qazanacağınızı düşünürsünüz. Məhz, gənclərdən ibarət komandada çalışaraq, siz gələcək karyeranızın təməlini qura və əvəzsiz təcrübə əldə edə bilərsiniz!

Təcrübə proqramında iştirak etmək istəyirsinizsə 25.02.2015-ci il tarixinədək aşağıda qeyd olunmuş linkdəki ərizə formasını doldura bilərsiniz:

http://ireli.az/iradio-təcrubə-proqrami-qeydiyyat-formu/

Seçim iki mərhələdən ibarət olacaq:
1-ci mərhələ: namizədlərin qəbulu (18-25 fevral 2015)
2-ci mərhələ: fərdi müsahibələrin keçirilməsi (27 fevral – 2 mart 2015)
iRadio – da sizin üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri:
– Radio Aparıcı
– Müxbir
– Musiqi tərtibatçısı (DJ)
– İctimaiyyətlə Əlaqələr
Əlavə məlumat üçün:
“İRƏLİ” İctimai Birliyi
Ünvan: Səbail r-nu, Həsən Abdullayev küçəsi 3/1A (Axundov Bağı)
Telefon: (+994 12) 492 26 77

Əlaqələndirici şəxs:
Şəbnəm Məhərrəmova | [email protected].az | (+994 55) 285 14 52

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı