İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümün açılışına hazırlaşır

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 136-cı mövsümün açılışına hazırlaşır.

Teatrdan  bildirilib ki, mövsüm oktyabrın 26-da əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə açılacaq.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.

Səhnə əsərində rollarda Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Nigar Həsənzadə, Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.

Tamaşa “YARAT” Müasir İncəsənət Mərkəzinin səhnəsində təqdim olunacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here