CƏMİYYƏT 2020.11.10 19:15

İran Qarabağ münaqişəsi ilə əlaqədar əldə olunan razılaşmanı müsbət qarşılayır

40

İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar razılaşmasını müsbət qarşılayır.

Trend-in məlumatına görə, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi özünün “Twitter” səhifəsində yazıb.

M.Vaezinin sözlərinə görə, İran bu münaqişənin beynəlxalq qaydalar, o cümlədən ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunacağına inanır.

Vaezi əlavə edib ki, İran müharibənin başa çatmasına sevinir və əldə olunan razılaşmanın icra olunacağına ümid edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı