DÜNYA 2021.01.13 23:00

İrana qarşı növbəti sanksiya: Daha 16 müəssisə…

34

ABŞ İrana qarşı növbəti sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına İrana məxsus daha 16 müəssisə və iki İran vətəndaşı daxil edilib. İraq vətəndaşı Əbdüləziz əl-Məhəmmədəvi İŞİD-lə əlaqədə şübhəli bilinərək sanksiyaya məruz qalıb.

İranın sanksiyaya məruz qalan müəssisələri arasında “İran Combine Manufacturing Co.”, “Quds Razavi Mines Co.”, “Razavi Oil And Gas Development Co.”, “Tadbir Drilling Development Company” kimi şirkətlər var.

Qeyd edək ki, yanvarın əvvəlində də ABŞ İranın 16 müəssisəsinə qarşı sanksiya tətbiq etmişdi.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı