DÜNYA 2020.10.18 08:00

İrana qarşı silah embarqosunun müddəti başa çatıb

63

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinə qarşı silah embarqosunun müddətinin başa çatdığını bəyan edib.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə İran XİN rəhbəri öz “Twitter” səhifəsində yazıb.

C.Zərif bildirib ki, beynəlxalq ictimaiyyət ABŞ-ın səylərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini müdafiə etdi.

Qeyd edək ki, bu qətnamədə İranın nüvə silahı hazırlamaq və ya əldə etmək cəhdlərindən imtina etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planının qəbul edildiyi bildirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı