DÜNYA 2020.09.20 15:30

İranda daha 183 nəfər koronavirusdan öldü

37

İranda son sutka ərzində daha 183 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 24 301 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 3097 nəfər artaraq 422 140-a yüksəlib.

İranda indiyədək 359 570 koronavirus xəstəsi sağalıb. Hazırda 3898 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı