DÜNYA 2020.10.11 16:45

İranda koronavirusa yoluxanların sayı 500 mini keçib

48

İranda ötən sutka ərzində 3 822 nəfər koronavirusa (COVID-19) yoluxub. Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 500 075 nəfərə çatıb. Virus daşıyıcılarından 4 482 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 251 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 28 544 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 406 389 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,31 milyondan çox diaqnoz testi həyata keçirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı