DÜNYA

İranda terror qruplaşmasının başçısı tutulub

İran hüquq-mühafizə orqanları “Tondar” terror qruplaşmasının başçısını həbs edib.

İRİB-in verdiyi məlumata görə, saxlanan şəxs “Tondar” qruplaşmasının rəhbəri Cəmşid Şarmahdedir.

İran tərəfi iddia edir qruplaşmaya ABŞ dəstək verir.

Məlumatda qeyd olunur ki, qruplaşma 2008-ci ildə Şirazda məsciddə 10 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə təqsirli bilinir.

Təşkilatın İranda monarxiya üsul-idarəsinin qurulmasına çalışdığı bildirilir.

Apa

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı