DÜNYA 2020.05.03 17:31

İranın 132 şəhərində məscidlər açılır

46

Gələn həftənin bazar ertəsindən etibarən İranın 132 şəhərində məscidlərin fəaliyyəti bərpa ediləcək.

Bu barədə İran Prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə milli qərargahda keçirilən görüşdə deyib. Onun sözlərinə görə, yeni növ koronavirusa yoluxma riski az olan şəhərlərdə dini mərkəzlərin açılması qərara alınıb.

İran Prezidenti əlavə edib ki, artıq 78 milyondan çox insan koronavirus testindən keçib, daha 30 milyon insanın sınaqdan keçiriləcəyi gözlənilir.
Ölkənin Səhiyyə Nazirliyi isə koronavirus xəstəliyinə yoluxanların 80%-nin sağaldığını və xəstəxananı tərk etdiyini bəyan edib.

BakuPost.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı