CƏMİYYƏT 2020.05.21 12:33

İsa Həbibbəyli kasıb işçilərinə ərzaq payladı

34

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən pandemiya dövründə ehtiyacı olan müəssisə əməkdaşlarına ərzaq yardımı paylanıb.

Bu barədə AMEA-dan məlumat verilib.

Yardımların paylanmasında AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və müəssisənin Həmkarlar Təşkilatının sədri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov iştirak ediblər.

Eyni zamanda, karantin dövrünün tələblərinə uyğun olaraq işə çıxmayan yaşlı əməkdaşların ərzaq payı evlərində təqdim olunub.

İsa Həbibbəyli kasıb işçilərinə ərzaq payladı- FOTO

İsa Həbibbəyli kasıb işçilərinə ərzaq payladı- FOTO

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı