ƏSAS SƏHİFƏ 2020.03.07 11:43

İŞİD Əfqanıstanda türklərə hücum etdi: ölənlər var

52

İŞİD Kabildə həzaralar xalqının lideri Əbdül Əli Məzarinin qəbrini ziyarət edən adamlara hücum edib.

Hücum nəticəsində 32 nəfər həlak olub, 58 nəfər yaralanıb. Ölənlər arasında 5 qadının olduğu bildirilib. Hücumun baş verdiyi ərazidə həmçinin Əfqanıstan hökumətinin səlahiyyətli şəxslərinin də olduğu vurğulanıb.

Qeyd edək ki, həzaralar Əfqanıstan əhalisinin 9%-ni təşkil edən türk-monqol əsilli xalqdır. Sayları 5,828 milyon nəfərə qədərdir. Dinləri islamdır (şiə məzhəbliidirlər). Öz dillərini unutduqları üçün dari dilində danışırlar.

Əbdül Əli Məzari SSRİ-nin Əfqanıstanı işğal etdiyi dövrlərdə məşhurlaşıb. 1990-cı ildə Hezbe i Vəhdət Partiyası yaradıb və İranla sıx əməkdaşlıq edib. 1995-də Taliban tərəfindən qətlə yetirilib.

axar.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı