CƏMİYYƏT 2020.02.14 22:06

İsmayıllıda özünü asan gənc son anda xilas edilib

59

İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

Dialoq.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Seyidov Babək İbadulla oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asıb.

Ailə üzvləri hadisədən tez xəbər tutduğu üçün onu ölümdən son anda xilas ediblər.

18 yaşlı gənc təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı