İDMAN 2020.09.21 09:50

İspaniya La Liqası: “Real Madrid” yeni mövsümə xal itkisi ilə başlayıb

28

Sentyabrın 20-də futbol üzrə İspaniya La Liqasının ikinci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Real Madrid” klubu “Real Sosyedad”ın qonağı olub. Görüş heç-heçə yekunlaşıb – 0:0.

Bu, “Kral klubu”nun cari çempionatda ilk oyunu olub. Birinci turun “Xetafe” ilə ev oyunu təxirə salınıb.

Turun digər oyunları belə nəticələnib:

“Vilyarreal” – “Eybar” – 2:1;

“Xetafe” – “Osasuna” – 1:0;

“Selta” – “Valensiya” – 2:1;

“Ueska” – “Kadis” – 0:2;

“Qranada” – “Alaves” – 2:1;

“Betis” – “Valyadolid” – 2:0.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı