CƏMİYYƏT 2020.10.13 13:30

İsrailli hüquqşunas: Ermənistanın cinayətləri araşdırılmalı, təqsirkarlar və icraçılar cəzalandırılmalıdır

30

Ermənistanın cinayətləri araşdırılmalı, təqsirkarlar və icraçılar cəzalandırılmalıdır. Bunu Trend-ə israilli ekspert, hüquqşünas Natəvan Rəşidova-Katsman Ermənistan tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulmasını şərh edərkən deyib.

O bildirib ki, Ermənistan beynəlxalq hüququ açıq-aşkar pozmağa, humanitar atəşkəs elan olunduqdan sonra da terrorçuluqla məşğul olmağa davam edir:

“Gördüyümüz kimi, atəşkəs növbəti dəfə erməni yalanına çevrildi və Rusiya ilə Azərbaycana qarşı hörmətsizliyi nümayiş etdirdi. Gəncənin dinc sakinlərinin Ermənistan rəhbərliyi tərəfindən atəşə tutulması bəşəriyyətə qarşı cinayətdir. Bu, Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının bir daha kobud şəkildə pozulması deməkdir. Erməni terrorçularının döyüş meydanındakı məğlubiyyətdən və çarəsizlikdən ortaya çıxan bu qeyri-insani aqressiyası xalqı qorxutmağa yönəlib”.

Ekspert bildirib ki, bu cinayətkar strategiya barədə erməni hərbçiləri açıq şəkildə bəyan edir:

“Yəni, Ermənistanın cinayətlərinin çoxsaylı sübutları ilə yanaşı cinayətkarların özünün etirafı var. Amma bütün bunlarla Azərbaycan xalqını qorxutmaq mümkün deyil. Əksinə, xalq heç vaxt olmadığı kimi birləşib və qələbəyə əmindir. Ermənilərin terror aktları isə erməni təcavüzkarlara qarşı xalq qəzəbini daha da qızışdırır”.

Ekspert əlavə edib ki, təcavüzkarı beynəlxalq təşkilatları cəlb etmək, petisiyalar və müvafiq beynəlxalq tribunallara iddialar qaldırmaq, təcavüzkara qarşı sanksiyaların tətbiq olunmasını tələb etmək, terror qurbanlarına görə təzminat ödəməyə vadar etmək, hərbi cinayətlərin törədilməsinə əmr verən şəxslərə fərdi cinayət işləri açmaq yolu ilə cəzalandırmaq lazımdır:

“Özünümüdafiə məqsədi ilə preventiv tədbirlər görməklə, dövlətin özünümüdafiə hüququndan istifadə etməklə bütün Azərbaycanın, o cümlədən azad edilmiş ərazilərdə sakinlərin təhlükəsizliyini təmin etmək lazımdır. Bu, bütün dövlətlərin BMT nizamnaməsində təsdiqlənmiş fundamental hüququdur və aparıcı ölkələr tərəfindən öz əhalisinin müdafiəsi məqsədi ilə uğurla tətbiq edilir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı