CƏMİYYƏT 2020.05.01 17:06

İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağayeva: ” Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə digər ölkələrə nümunə göstərilə bilər”

77

İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Agayeva Azərbaycanda koronavirusla bağlı görülən işlərdən danışıb. Bir çox ölkələrin bu problemə ciddi yanşamadıqlarını deyən X.Ağayeva Azərbaycan prezidenti İlham Əliyevin dərhal qabaqlayıcı tədbirlər gördüyünü, ÜST-lə sıx işbirliyində mübarizəyə başladığını açıqlayıb: “Dövlət başçısının sərəncamıyla Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Sərt karantin qaydalarının tətbiq edilməsi nəticəsində virusun daha geniş yayılmasının qarşısı alındı. Xüsusilə sərhədyanı bölgələrdə karantin zonalarının yaradılması, dezinfeksiya işlərinin aparılması, yeni xəstəxanaların açılması və s. kimi tədbirlər çox böyük əhəmiyyət kəsb etmiş oldu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciət etməsinin təsiri çox böyük oldu. Cənab prezident yorulmadan, usanmadan bütün dövlət mexanizmini pandemiya şəraitinə uyğun şəkildə hərəkətə gətirməklə, aidiyyatı qurumlara tapşırıqlar verməklə xalqın rifahı və mənafeyi naminə tələb olunan bütün qərarların yerinə yetirilməsini öz nəzarəti altında saxlamış oldu”.

Dərnək sədri hesab edir ki, koronavirus bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyata ciddi zərbə vurdu. “Amma Azərbaycan prezidenti burada da uzaqgörənlik göstərərək xalqı üçün əlindən gələni etdi” deyən X. Ağayeva xalqın sosial məsələlərinin, iş adamlarının, pandemiyadan zərər görmüş sahələrin problemlərinin həlli istiqamətində görülən işləri təqdir edib. Xuraman Ağayeva prezident İlham Əliyevin öz bir illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna keçirməsini alqışlayıb: “Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə digər ölkələrə nümunə göstərilə bilər. Dünya miqyasında böyük itkilər verən ölkələrlə müqayisədə Azərbaycan az itkilərlə problemdən çıxmaqdadır. Xalqımız da bu çətin gündə dövlət başçısına güvənir və onu bu bəladan tez bir zamanda qurtaracağına inanır. Dövlətlə xalqın həmrəyliyi bütün bu çətinliklərə müqavimət göstərməyə güc verdi. Biz də fəxr edirik ki, azərbaycanlıyıq, dövlətimizlə, millətimizlə qürur duyuruq. Amma bəzi marginal qruplar bunu anlamır, iftira, böhtan xarakterli məlumatlar yayırlar. Sual olunur əgər hr şey pisdirsə o zaman necə olur ki, beynəlxalq təşkilatlar müsbət rəy verirlər Azərbaycanın mübarizəsinə? Bütün bunları görməyən, hökumətin fəliyyətini şübhə altına almaq istəyən siyasi partiyaların rəhbərlərini qınayıram. Dövlət başçısı heç bir şərt qoymadan bütün siyasi partiyaların rəhbərlərini dialoq dəvət etməsi çox böyük bir siyasi iradənin nəticəsidir. Ölkədə siyasi sahədə aparılan islahatlar Azərbaycanda çoxpartiyalı siyasi sistemin təkmilləşməsilə nəticələnib”.

Dərnək sədri bütün bu fəaliyyətləri dəstəklədiklərini, Azərbaycanda görülən işlərin çox böyük nəricə verdiyini, bu fəaliyyətlərin gələcəkdə daha da genişlənəcəyinə inandığını açıqlamışdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı