DÜNYA 2021.01.19 04:00

İstanbulu su ilə təmin edən su hövzələri və göllərdə doluluq miqdarı artıb

65

Türkiyə ərazisində son günlər yağan yağış və qar İstanbulu su ilə təmin edən və quruma təhlükəsi ilə üzləşən su hövzələri, eləcə də göllərdə suyun miqdarının artmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, hazırda şəhəri su ilə təmin edən hövzələrdə doluluq miqdarı 30,1 faizə yüksəlib. Bu göstərici yanvarın 8-də 19,16 faiz təşkil edib. Bununla da şəhəri su ilə təmin edən hövzə və göllərdə doluluq səviyyəsi 256 milyon kubmetrədək artıb. Ən çox artım isə 92,86 faizlə ölkənin Istrancalar bölgəsində qeydə alınıb.

Qeyd edək ki, ötən il İstanbulda ən quraq il olub. Bu, bir çox problemlərlə yanaşı, şəhər ətrafındakı göl və su hövzələrinin qurumasına da səbəb olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı