ƏSAS SƏHİFƏ

“İstedad Sorağında” layihəsi çərçivəsində sərgi keçiriləcək

610

30 iyun 2015-ci il tarixdə saat 18:00-da “NATAVAN GALLERY” sərgi salonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-ci qrant müsabiqəsində qalib olan “İstedad Sorağında ” layihəsi çərçivəsində gənc istedadlı rəssam və fotoqroflarin sərgisi keçiriləcək. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin Məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının incəsənətin inkişafına təkan vermək , gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yaradıcı insanlarla o cümlədən proffesional dizayner , heykəltəraş və rəssamlar ilə əlaqələririnin yaradılması və möhkəmlənməsi, bu gənclərin sənətlərə olan marağın beynəlxalq arenaya çıxarılması, gələcəkdə Azərbaycanı təmsil etmək üçün potensial incəsənət xadimlərinin üzə çıxarılmasından ibarətdir.
Sərgidə rəssamlıq və heykəltəraşlıq istedadı olan lakin bu sahə üzrə təhsil almayan gənclər arasında keçiriləcək müxtəlif mövzu və materiallardan hazırlanmış müasir incəsənət əsərləri nümayiş olunacaqdır. Bu gənclərin tapılıb üzə çıxarılması üçün ilk növədə ali və orta təhsil müəssələrində sorğular keçiriləcəkdir. Sonra istedadlı gənclərimizin əsərləri toplanacaq juri tərəfindən qiymətləndirəcək və seçilmiş qaliblərin əsərləri sərgilənəcək, 3 qalibə isə diplom və hədiyyələr verləcək.
Layihənin rəhbəri Vüsal Kərimov .

10298894_1163387617021578_4268892605127389838_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı