CƏMİYYƏT 2020.10.11 13:19

İsveçin Yöteburq şəhərində Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz aksiyası keçirilib

57

Ermənistanın Qarabağda törətdiyi vandalizm siyasəti və son hücumları ilə bağlı, İsveç Krallığının ikinci ən böyük şəhəri olan Yöteburqun “Kunsqsportsplatsen torget” meydanında etiraz aksiyası keçirilib. Aksiya İsveç Krallığının Yöteburq şəhərində yaşayan vətənpərvər azərbaycanlılar tərəfindən təşkil edilib.

Aksiyada Firudin Ələsgərov, Şəfa Hacıyeva, Mahmud Bilgin Ermənistanın işğal etdiyi Qarabağdan çıxmasını, beynəlxalq hüququn Qarabağda bərqərar olmasını, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması haqqında danışıblar. Aksiya boyu Qarabağla bağlı İsveç və Azərbaycan dilində “Qarabağa azadlıq”, “Qarabağ Azərbaycandır”, “Ermənilər Qarabağdan çıxın” kimi şüarlar səsləndirilib.

Aksiyada Azərbaycanın Dövlət himni və milli marşları səsləndirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı