DÜNYA 2020.03.21 03:30

İtaliya hökuməti ordunu şəhərə yığır – Karantinə əməl edilmir

138

İtaliyanın Milan şəhərində əhali koronavirusla bağlı karantin qaydalarına məhəl qoymayaraq parklarda gəzir.

Parklarda gəzən, idmanla məşğul olan və bir-biriləri ilə ünsiyyət quran insanlara yerli polis xəbərdarlıq edərək evlərinə göndərib.

Bu vəziyyətdən sonra Lombardiya rəhbərliyi İtaliya ordusunun şəhərdə xidmət aparması üçün hökumətə müraciət edib.

Məlumata görə, tərəflər arasında razılıq əldə edilib.

Qeyd edək ki, Lombardiya qubernatoru Attilio Fontana görülən bütün tədbirlərə baxmayaraq, pandemiyanın yayılmasının qarşısını ala bilmədiklərini deyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı